Ölkənin gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanladılar

Ölkənin gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanladılar
SOSİAL
18:14 27.09.2025
556
Bəyanatda vurğulanır ki, 2020-ci ildə qazanılmış tarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnmiş, əsrlərə yazılacaq qəhrəmanlıq səhifəsi yaratmışdır. Bu qələbə, ölkə başçısının dəmir iradəsi, şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində mümkün olmuşdur. Azərbaycan gəncliyi şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir və onların qəhrəmanlığını gələcək nəsillərə ötürməyi özünün ən ali vəzifəsi hesab edir.

Bəyanatda, həmçinin, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtərə qarşı həyata keçirdiyi raket və artilleriya hücumları qətiyyətlə pislənib. Mülki əhalinin - uşaqların, qadınların və yaşlıların hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, insanlığa qarşı cinayət kimi qiymətləndirilib:

"Beş il əvvəl dünya Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərimizi düşünülmüş şəkildə artilleriya və raket atəşinə tutmasının şahidi oldu. Bunlar hərbi hədəflər deyil, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla mülki insanların yaşadığı evlər idi. Bu hücumlarda kasetli sursatlardan istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi və qurbanlara böyük iztirab və itkilər yaşatdı. Gəncə, Bərdə və Tərtərdən olan dağıntıların görüntüləri və məhv olmuş ailələrin xatirələri bizim kollektiv yaddaşımızda dərin bir yara olaraq qalır. Biz bu cür faciələrin heç vaxt unudulmaması və təkrarlanmaması üçün qətiyyətimizi bir daha bəyan edirik.”

44 günlük müharibədən sonra başlayan Böyük Qayıdış və azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan gəncliyi tərəfindən böyük həvəs, fədakarlıq və Vətən sevgisi ilə dəstəklənir, gənclər azad edilmiş torpaqlara yeni həyat və ümid gətirən nəsil kimi ön sırada olduğu bəyanatda xüsusilə vurğulanır.
Eyni zamanda, Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşəbbüskarı olduğu qeyd edilir. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh gündəliyinin əsas banisi kimi çıxış etmiş, Cənubi Qafqazda sabitlik və firavanlıq naminə qətiyyətli addımlar atmışdır. Bu səylərin məntiqi nəticəsi olaraq, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Sülh Sazişi paraflanmışdır.

"Biz, Azərbaycan gəncləri, bu sülh gündəliyini tam dəstəkləyir, lakin eyni zamanda, onilliklər boyu davam edən münaqişədə həlak olmuş bütün günahsız insanların xatirəsini ehtiramla anır və müharibə cinayətkarlarının ədalət mühakiməsinə cəlb edilərək, cəzasızlığa birdəfəlik son qoyulacağına inanırıq,” – deyə bəyanatda vurğulanır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
18:07 05.03.2026
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi