Dünən gecə saatlarında Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş qəza su təchizatına da təsir göstərib.
Bunu AZXEBER.COM-a "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, hal hazırda bu istiqamətdə təmir işləri aparılır.
Qurum rəsmisi vurğulayıb ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır: "Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. o cümlədən Sumqayıtda su təminatı yoxdur. Gün ərzində alternativ mənbələrlə əhalini su ilə təmin etməyə çalışacağıq. Problemlər gün ərzində aradan qaldırılacaq”.