“Ölməyə yox, yaşamağa tələsin” - Xərçəngə qalib gələn aktrisa

MAQAZİN
17:38 15.03.2020
5136
Tanınmış aktrisa Zümrüd Qasımova koronavirusdan qorxan insanlara səslənib.
 
AZXEBER.COM xəbər verir ki, o insanları pozitiv olmağa çağırıb.
 
"Can qorxusu pis hisdir, amma insanı düşündürür. Bəzən xeyirdir. Həyatı təhlil etməyə başlayırsan. Birdən mən ölərəm. Mən olmasam nə olacaq? Heç nə olmayacaq. Hər kəs həyatını yaşadığı kimi yaşayacaq. Ölən siz olacaqsız. Ona görə də ölməyə yox, yaşamağa tələsin. Bu hissi uzun illər yaşamış bir insandan sizə tövsiyə”.
 
Qeyd edək ki, Zümrüd Qasımova uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib. Sonda məşhur xəstəliyə qalib gəlib.

OXŞAR XƏBƏRLƏR