Məşhur müğənni dələduzluqda ittiham olunur, polis hərəkətə keçdi

Məşhur müğənni dələduzluqda ittiham olunur, polis hərəkətə keçdi
DÜNYA
13:20 09.02.2024
212
Rusiyalı məşhur müğənni Svetlana Loboda dələduzluqda ittiham olunur.
 
AZXEBER.COM Rusiya mətbuatına əsasən xəbər verir ki, bu haqda Rusiya şou-biznesinin əsas hitmeykerlərindən biri, bəstəkar Oleq Vladi bildirib.
 
Lobodanın mahnılarının müəllifi olan bəstəkarın Moskva polisinə verdiyi açıqlamaya görə Loboda "Lənətə gəlmiş sevgi” mahnısının bütün hüquqlarına sahib olmaq üçün saxta sənədlər düzəldib.
 
Vəkilin açıqlamasına görə Loboda trek hüquqlarının özgəninkiləşdirilməsinə dair müqavilədə öz imzasını saxtalaşdırıb.
 
Sübut kimi sənədin üzərindəki dəst-xəttin ekspertizası təqdim olunub ki, bu da başqasının imza atdığını təsdiqləyib. Bu ifadə ilə Oleq paytaxt polisinə müraciət edərək, müğənninin sənədlərin saxtalaşdırılması və fırıldaqçılıq ittihamı ilə məsuliyyətə cəlb olunmasını tələb edib.

Aysel

OXŞAR XƏBƏRLƏR