Lombard sahibi külli miqdarda pulu mənimsəyərək aradan çıxdı - VİDEO
09:12 27.03.2013
1260
Pullarını artırmaq məqsədilə lombarda etibar edən Bakıxanov qəsəbəsinin sakinlərinin ağıllarına belə gətirmədikləri başlarına gəldi. Lombardın sahibi pulları da götürüb aradan çıxdı. Zərərçəkənlərinsə ümidi qalıb hüquq mühafizə orqanlarına, bir də ki, lombard sahibinin insafına.Belə ki, Nuriyyə Turabova adlı şəxs ayrı-ayrı vətəndaşlardan külli miqdarda pul alaraq sahiblərinə bildirib ki, pulu qaytaranda üstündə əlavə olaraq faiz verəcək. Bir neçə dəfə pul sahibləri Nuriyyə xanıma etibar etdikləri pulun müqabilində əlavə faiz alıblar.Lombard sahibi paytaxt sakinlərinin bəzilərindən pulu notarial qaydada götürsə də, əksəriyyət ona etibar etdiyi üçün sənədsiz öz pullarını Nuriyyə Turabovaya verib. Lombard sahibinə etibar olunan məbləğə gəldikdə isə, zərərçəkənlər minimal 2000, maksimal 70000 manat pul verdiklərini deyir. Amma bu dəfə ağızlarında şirə qalan vətəndaşlar nəinki verdikləri pulun üstündə hər hansı məbləği, heç pulun özündə ala bilmirlər. Bir sözlə, Nuriyyə xanım ötən gün səhərdən iynə olub yoxa çıxıb. Hara gedib, necə gedib, gördüm deyən yoxdur. //anspress