"London 2012 " Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Böyük Britaniyanın paytaxtında Olimpiya Stadionunun rəsmi açılışı olub. Olimpiya Parkının mərkəzində yerləşən Olimpiya Stadionu ilk dəfə atletlərin sınaq yarışı üçün ictimaiyyətin üzünə açılıb.Stadionda dünən son sınaq yarışları keçirilib. Minlərlə idman həvəskarı, soyuq və yağışlı havaya baxmayaraq, Olimpiya Stadionunda yarışıb. Sınaq yarışlarının təşkilatçılarının məlumatına görə, 80 min nəfər tutumu olan stadionun rəsmi açılışında 40 min adam iştirak edib. Mərasimdə iştirak edənlər arasında London Olimpiya Oyunlarının Təşkilatçı Komitəsinin sədri Sebastyan Koui də olub.