Bakıda taksi sürücüsü ilə müştəri arasında qanlı dava - TƏFƏRRÜAT

Bakıda taksi sürücüsü ilə müştəri arasında qanlı dava - TƏFƏRRÜAT
SOSİAL
15:00 07.06.2019
3335

Bakının Xəzər rayonunda bıçaqlanma olub.

AZXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini K.Heydərov iyunun 6-da, gecə saat 2 radələrində idarə etdiyi "London Taxi" markalı avtomobildə sərnişin qismində olan şəxslə aralarında Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verib.

Bu zaman həmin şəxs onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

Zərərçəkmiş xəstəxanaya müraciət edib və baş vermiş olayla bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR