Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi
SOSİAL
19:06 21.09.2025
278
"EVA Air" aviaşirkətinə məxsus və Bankonq - London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

Bu barədə AZXEBER.COM-a Heydər Əliyev Hava Limanının Mətbuat Xidmətindən bildirilib.

"Boeing 777" tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.
OXŞAR XƏBƏRLƏR