Londonda gələn ay ilk dəfə Aİ-Böyük Britaniya sammitinin keçirilməsi planlaşdırılır

Londonda gələn ay ilk dəfə Aİ-Böyük Britaniya sammitinin keçirilməsi planlaşdırılır
DÜNYA
20:00 23.04.2025
245
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Baş nazir Kir Starmer ilə görüşmək və enerji təhlükəsizliyinin gələcəyinə dair sammitdə iştirak etmək üçün aprelin 24-də Londona gedəcək.

Tərəflər Aİ və Britaniyanın qlobal məsələlər üzrə əməkdaşlığını, ikitərəfli münasibətləri və bu ilin may ayında ilk dəfə keçiriləcək Aİ-Böyük Britaniya sammitini müzakirə edəcəklər.

Avropa Komissiyasının prezidenti enerji və mənzil məsələləri üzrə komissar Dan Yorgensen ilə birlikdə Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən təşkil olunan enerji təhlükəsizliyinin gələcəyinə dair sammitdə iştirak edəcək. Burada beynəlxalq səviyyədə enerji təhlükəsizliyinə təsir edən geosiyasi və iqtisadi amillər, təmiz texnologiyaların inkişafı və onların təchizat zəncirləri müzakirə olunacaq.

Fon der Lyayenin Avropanın etibarlı, əlçatan və dayanıqlı enerjini təmin etmək üçün göstərdiyi səylər, həmçinin bu sahədə beynəlxalq tərəfdaşlıqların rolu barədə danışacağı planlaşdırılır.
 
///report
OXŞAR XƏBƏRLƏR