Londonda Ukrayna ilə bağlı danışıqlar keçirilib

Londonda Ukrayna ilə bağlı danışıqlar keçirilib
DÜNYA
20:42 23.04.2025
348
Ukrayna, Böyük Britaniya, Fransa və Almaniya nümayəndələrinin Londonda keçirilmiş görüşü bəyanatlarla və gələcək məsləhətləşmələr barədə razılaşma ilə başa çatıb.
 
Bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Yermakın sözlərinə görə, iştirakçılar ABŞ Prezidenti Donald Trampın Ukraynada münaqişənin sülh yolu ilə həllinə dəstək səylərinə sadiq olduqlarını vurğulayıblar.

Qeyd edək ki, toplantıda ABŞ-dən heç bir rəsmi nümayəndə iştirak etməyib.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR