Londondakı səfirliyimizə hücum edənlər KİMLƏRDİR?

Londondakı səfirliyimizə hücum edənlər KİMLƏRDİR?
DÜNYA
23:37 04.08.2022
653
Xəbər verdiyimiz kimi, bir qrup dini radikalçı Azərbaycanın Londondakı səfirliyinə hücum edib.

AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, hadisəni törədən "Mehdi Qulluqçuları Birliyi" adlı radikal qruplaşma, səfirliyə hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Sözügedən qruplaşma 2008-ci ildə Londonda yaradılmış şiə müsəlman təşkilatıdır. Təşkilatın lideri Yaser Əl-Həbib mübahisəli bir din xadimidir, onun "Cənnət xanımı" filmi İslam tarixinin şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində İngiltərə kinoteatrlarından qaldırılıb. Böyük Britaniyada sığınacaq alan Əl-Həbib, Küveyt hakimiyyəti ilə mübahisələrdən sonra ölkədən çıxaraq radikalçılıqla məşğul olub.
OXŞAR XƏBƏRLƏR