“Londonun süqutu” kinoteatrlarda

“Londonun süqutu” kinoteatrlarda
SOSİAL
18:05 16.03.2016
1991
Martın 17-dən “Londonun süqutu” filminin premyerası Bakının bütün kinoteatrlarında
London. Böyük Britaniyanın baş naziri müəmmalı şəraitdə ölür. Dəfn mərasiminə qərb dünyasının liderləri toplaşır, lakin mərasim zamanı dünya liderlərin qəsd təşkil lunur. Planetin gələcəyi təhlükədədir. Fəlakətin qarşısını kim ala bilər?
Böyük Britaniyanın baş nazirinin qəfil ölümü çoxlu sual doğurur, lakin xüsusi xidmət orqanlarının əlində kimdənsə şübhələnməyə əsas yoxdur. Dəfn mərasiminə dünyanın ən qüdrətli liderləri toplaşır və aydın olur ki, vida mərasimi qeyri-məlum terror təşkilatının dünya hegemonluğunu ələ keçirmək üçün təşkil etdiyi ölümcül tələdir. Dünya siyasi elitasının xilas olunmasında Amerika prezidenti, Britaniya xüsusi xidmət orqanının rəhbəri və hərbi kəşfiyyat agenti Mayk Benninq iştirak edirlər. Cerard Batler “Londonun süqutu”nda əsas rolu ifa edir və həmçinin Mark Qill və Denni Lernerlə birgə filmin prodüserliyini həyata keçirir.
“Londonun süqutu” (London Has Fallen) – Antuan Fukuanın “Olimpin süqutu” ekşn-trillerinin davamıdır. Beş əsas aktyor – Cerard Batler, Aaron Ekxart, Morqan Friman, Ancela Bassett və Rada Mitçell yenidən filmdə rol alıblar, bu isə artıq yaxşı kassanın təminatıdır. Rejissor kürsüsündə 2010-cu il Berlin kinofestivalının “Qızıl ayı”sının sahibi Babək Nəcəfidir. Ssenari Kreyton Rotenberqer və Ketrin Benedikt cütlüyünə aiddir, “Olimpin süqutu”nu da onlar yazmışdılar və buna görə hər iki əhvalat eyni stildədir.
OXŞAR XƏBƏRLƏR