"Loqos"un keçmiş psixoloqu fiziki məhdudiyyətli uşaqları təhqir etdi: "Vurub ağzını qıra bilmirsən bu ..." - FOTOLAR

"Loqos"un keçmiş psixoloqu fiziki məhdudiyyətli uşaqları təhqir etdi: "Vurub ağzını qıra bilmirsən bu ..." - FOTOLAR
SOSİAL
17:29 01.12.2017
18675

Sosial şəbəkələrdə Aygün adlı xanımın etdiyi paylaşımı etirazlara səbəb olub.

AZXEBER.COM-un məlumatına görə, adıçəkilən xanım rəsmi səhifəsində fiziki məhdudiyyətli şagirdləri təhqir edib, onları aşağılayan ifadələr səsləndirib: 

"Qüsurlu uşaqlarla işləməyin ən pis tərəfi odur ki, ağzına gələni deyir, hətta söyüş söyür, vurub ağzını qıra bilmirsən. Adı üstündə – qüsurlu. Partlaya-partlaya qalırsan”.

İstifadəçi daha sonra yazıb: "Bir debil şagirdim var, gəlir-gedir söyür məni. Nəslim bu qədər söyülməmişdi mənim. Adı üstündə "debil" nə deyəsən" 

Sosial şəbəkədə yayılan məlumata görə, Aygün xanımın Lənkəran şəhəri Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzində loqoped kimi çalışır. 

Şirkətin Lənkəran nümayəndəliyindən AZXEBER.COM-a bildirilib ki, Aygün adlı xanım əvvəllər "Loqos"da çalışıb, hazırda isə Lənkəranda internat evlərinin birində işləyir. Onun nə paylaşdığı haqda məlumatımız yoxdur.

AZXEBER.COM-la əlaqə saxlayan Aygün adlı xanım məsələyə münasibət bildirib. O, yazdığı statusun səhv anlaşıldığını söyləyib:

"İş şəraitim çox ağır idi. Mən onu pis mənada yazmamışam. Bunun bu qədər pis başa düşüləcəyini düşünmürdüm. Mən o uşaqlarla işləməyi sevdiyim üçün neçə illərdir ki, ağır və məsuliyyətli şəkildə çalışıram. Həmin gün isə uşaqlardan biri məni pis təhqir etdi və dözmədim o "Tweeti"i yazdım. Hər kəsdən üzr istəyirəm. O, uşaqlar mənim üçün çox doğmadır". 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR