Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AZXEBER.COM-un məlumatına görə, 69 kq-da çıxış edən Lorenzo Sotomayor 1/16 finalda gürcüstanlı Əsgərxan Mədiyevlə qarşılaşıb.
İkinci raundda qaşından zədələnən Sotomayor görüşü başa vura bilməyib. Hakimlər üçüncü raunda qarşılaşmanı dayandıraraq, azərbaycanlı boksçunun döyüşü davam etdirməsinə icazə verməyiblər. Nəticədə texniki nakaut alan idmançı mübarizəni vaxtından əvvəl dayandırıb.