Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

SOSİAL
16:00 13.08.2020
343
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ilə dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra Amerikada yaşayan bir qrup erməni Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında etiraz aksiyası təşkil edib. Hadisə zamanı aqressiv erməni nümayişçiləri Azərbaycan icması nümayəndələrinə hücum edib və həmvətənlərimizə xəsarət yetiriblər.

AZXEBER.COM Azertac-a istinadən xəbər verir ki, hadisədən sonra Los-Anceles Polis İdarəsi azərbaycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırır.

Los-Anceles polisi nifrət zəminində cinayət törədən azı üç nəfərin müəyyənləşdirildiyi barədə məlumat yayıb. Polis onlardan birinin fotosunu yayaraq bu şəxsin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olduğunu və fəallıq göstərdiyini qeyd edib.

Polis görüntüsü yayılan şəxsin yaşının 25-35 arasında, boyunun 165-170 sm, keçəl və saqqallı olduğunu bildirib. Onun açıq narıncı və ya çəhrayı rəngli bir köynək geyindiyi, həmçinin sol biləyinə qolbaq taxdığı qeyd olunub.

Digər iki şübhəli şəxsin isə qara köynək və mavi cins şalvar geyindikləri bildirilib. Onlar haqqında əlavə məlumat verilməyib.

Los-Anceles polisi əhaliyə müraciət edərək bu şəxsin tapılması üçün köməklik göstərməyi xahiş edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:20 23.09.2020

Baş Nazir iclas keçirdi

19:09 23.09.2020

Emin: "Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalıdırlar"

19:04 23.09.2020

"O qədər dedilər, tanınmışlar da qara günə qaldı" - VİDEO

19:00 23.09.2020

İlham Əliyev: "Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir"

18:59 23.09.2020

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatdı - VİDEO

18:47 23.09.2020

Azərbaycanda şirkət rəhbəri həbs edildi - RƏSMİ

18:22 23.09.2020

Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub

18:08 23.09.2020

Rusiyalı aktyor transgender sevgilisini doğrayıb çaya atdı - FOTO

17:55 23.09.2020

Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib

17:32 23.09.2020

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda - FOTOLAR

17:27 23.09.2020

“Prezident beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi” - Deputat

17:24 23.09.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ

17:14 23.09.2020

Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan - VİDEO

17:13 23.09.2020

Canlı yayıma zəng edib, Minanı biabır etdi: "Bu nə geyimdi, bu nə oturuşdu?" - VİDEO

17:03 23.09.2020

Azərbaycanda kişi keçmiş arvadını mağazada belə bıçaqladı - ANBAAN VİDEO

16:54 23.09.2020

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi

X Mostbet