Los-Ancelesdə atışma: Ölənlər var

Los-Ancelesdə atışma: Ölənlər var
DÜNYA
11:26 05.08.2025
195
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən bir əyləncə zamanı baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABC7 Los Angeles telekanalı məlumat yayıb.
 
Hadisə yerli vaxtla saat 02:00 radələrində baş verib. Partiyə silahlı basqın edən şəxs tərəfindən açılan atəş nəticəsində Gregory Derisso adlı şəxs hadisə yerində həyatını itirib. 52 yaşlı bir qadın isə xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Hücum edən şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Los-Ancelesin meri Karen Bass sosial şəbəkə platforması X-də (əvvəlki Twitter) etdiyi paylaşımda həyatını itirənlərin ailələrinə başsağlığı verib və "Bu şəhərdə zorakılığa dözümlülük göstərilməyəcək" deyə bəyan edib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR