Los-Ancelesdə çimərlikdə atışma olub, 5 nəfər yaralanıb

Los-Ancelesdə çimərlikdə atışma olub, 5 nəfər yaralanıb
DÜNYA
18:23 05.03.2023
153
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki San-Pedro çimərliyində atışma olub, azı 5 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Los Angeles Times” qəzeti məlumat yayıb.

Hər beş zərərçəkən xəstəxanaya yerləşdirilib. Yerli polis idarəsinin sözçüsü bildirib ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Polis şübhəlinin hadisə yerindən qaçdığını bildirib. Hadisənin baş verdiyi çimərlik araşdırma üçün bağlanıb.
OXŞAR XƏBƏRLƏR