Los-Ancelesdə komendant saatı tətbiq edilib

Los-Ancelesdə komendant saatı tətbiq edilib
DÜNYA
08:53 11.06.2025
254
Davam edən etirazlar səbəbindən Los-Ancelesin bəzi bölgələrində komendant saatı tətbiq edilib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki,  bu  barədə Los-Ancelesin meri Karen Bass "X"da məlumat yayıb.  

"Mən Los-Ancelesin mərkəzində bu axşam saat 20:00-dan başlayaraq komendant saatı elan etmişəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, lütfən, ərazidən uzaqlaşın. Hüquq-mühafizə orqanları komendant saatını pozan hər kəsi həbs edəcək", - məlumatda qeyd olunub 

İyunun əvvəlində Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni immiqrantları hədəf alan ICE reydi etirazçılarla zorakılığa çevrilib. Ağ Ev rəsmiləri şəhərin etirazlarını "qanunlara qarşı üsyan” adlandırıblar. Kaliforniya Milli Qvardiyası tezliklə Los Ancelesə gəlib.  

Etirazlar iyunun 6- da başlayıb və bu günə kimi sönməyib, etirazlar hər gün daha da aqressivləşir.
OXŞAR XƏBƏRLƏR