ABŞ-nin Merilend ştatının sakini, 41 yaşlı Şrijana Vosti lotereyada 50 min dollar udub və uduşlu bileti itirib.
AZXEBER.COM bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, qadın iyun ayında beş dollara lotereya bileti alıb və tezliklə 50 min dollar udduğunu öyrənib: "Mən bileti təkrar yoxladım. Uduşlu olduğunu öyrəndim. Çox xoşbəxt idim”.
Bir neçə ay sonra pul mükafatını almaq vaxtı çatanda qadın anlayıb ki, biletin harada olduğunu tamamilə unudub. Lotereya biletinin vaxtının bitəcəyindən qorxaraq bütün evi axtarıb və nəhayət onu çamadanda tapdı. Qadın bu haqda deyib: "Onu tapanda və gecikmədiyimi anlayanda böyük bir rahatlama hiss etdim”.
Aydın