Lotereyadan rekord uduşları kimlər qazanıb?

Lotereyadan rekord uduşları kimlər qazanıb?
İQTİSADİYYAT
10:56 17.01.2025
651
Hər bir insanın xəyallarında gözlənilmədən milyonlarla pul qazanmaq arzusu var. Lotereya oyunları isə bu arzunu gerçəyə çevirmək üçün ən böyük fürsətlərdən biridir. Dünyanın müxtəlif ölkələrində keçirilən tirajlı lotereya oyunlarında milyonlarla insan şansını sınayır və bəziləri isə həyatlarını köklü şəkildə dəyişən böyük uduşlar qazanırlar. Azərbaycanda da bu oyunlara maraq böyükdür və zaman-zaman yerli iştirakçılar da gözlənilməz qələbələrə imza atıblar. Bu məqalədə dünya və Azərbaycan tarixində qazanılan ən böyük lotereya uduşlarını, onların sahiblərini və bu uğurun onların həyatına necə təsir etdiyini araşdıracağıq.

Tarixin ən böyük cekpotları

1-ci yer - 2 milyard dollar

2022-ci ilin noyabrında ABŞ-ın Powerball lotereyasında bütün dünyada rekord olacaq 2 milyard dollar uduş oynanılıb. Qalib isə Kaliforniyadan olan Edvin Kastro adlı şanslı sadə vətəndaş olub. O, şəxsi həyatını qorumaq üçün mükafatlandırma mərasiminə qatılmayıb, həmçinin təşkilatçılara pulları necə və hara xərcləyəcəyi barədə də heç bir məlumat verməyib. 


2-ci yer – 1,765 milyard dollar

2023-cü ilin oktyabrında Powerball-da 1,765 milyard dollarlıq cekpot oynanılıb. Xoşbəxt qalib ictimaiyyətə təqdim edilməsə də, onun Kaliforniya vətəndaşı olduğu dəqiqləşib. Çünki dünyada, eləcə də Azərbaycanda qanunvericiliyə görə lotereyada qalib olan şəxsin gizli qalmaq seçimi var. Burada könüllülük prinsipinin tətbiqinə ehtiyacın sosial-psixoloji faktorlarla əlaqəli olduğu bildirilir.

3-cü yer – 1,602 milyard dollar

Dünyanın 3-cü ən böyük udulan cekpotu 1,602 milyard dollar olub. 2023-cü ilin avqustunda MegaMillions lotereyasındakı bu uduşu qazanan Florida vətəndaşı mükafatını birdəfəlik 878 milyon dollar nağd ödəniş olaraq alıb. 
Avropa lotereyasında rekord uduş

Avropanın ən məşhur lotereyalarından biri olan EuroMillions-da da böyük uduşlar qeydə alınıb. Ən böyük cekpot 2022-ci ilin iyulunda Böyük Britaniyada oynanılıb və 230 milyon avro olub. Qalib anonim qalmağı seçib. 2020-ci ilə qədər maksimum uduş 190 milyon avro olub və bu məbləğ lotereyanın başladığı 2004-cü ildən bəri dörd dəfə qazanılıb. 
 

 

Çilingərlikdən milyarderliyə - Rusiyadakı bəxtəvərlər

Moskva ətrafında yaşayan Nadejda Bartoş övladlarının ona doğum günü münasibətilə aldıqları "Rus Lotto" biletindən 1 milyard rubl udaraq, Rusiyanın lotereya tarixində ən yüksək cekpot qazanmış şəxs kimi tarixə düşüb. 

Rusiyada ikinci lotereya milyarderi isə Nijni Novqoroddan olan çilingər Aleksandr Zemskov olub. Qalib olması xəbərinə inanmadığından düz 2 ay uduşunu rəsmiləşdirmək üçün Moskvaya gəlməyib. 

 

Azərbaycanda ən böyük uduşlar

Ölkəmizdə lotoreya oyunları əsasən 90-cı illərin ortalarından populyarlaşmağa başlayıb. "Şeş Qoşa”, "Bəxt oyunu” "Səadət təkəri”, "Yeni binqo”, "Ailə sevinci”, "Piramida”, "Avto- şou”, "5/36”, "Taleh açarı” böyük marağa səbəb olaraq, dövrünün geniş yayılmış tirajlı lotereyalarına çevrilib. Bu lotereyalardan yüksək məbləğli cekpotlar, avtomobillər, mənzillər və yüzlərlə müxtəlif məişət əşyası qazananlar da az olmayıb. 

Qeyd edək ki, 2001-ci ildə "Azərlotereya” ASC-nin yaradılması ilə Azərbaycanda lotereya fəaliyyəti təkmilləşib, vətəndaşların hüquq və mənafelərinin qorunmasına, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına başlanılıb. Bəs bu günə kimi ölkəmizdə ən böyük uduşlar qazanan həmin şanslılar kimlər olub? 

"4+4” tirajlı lotereyasında tarixi cekpot

Azərbaycanın lotereya tarixində ən böyük cekpot – 1 milyon manata yaxın məbləğlə Xaçmaz sakini Kamran Məmmədsəidova nəsib olub. O,"4+4” tirajlı lotereya oyununda 913 072 AZN qazanaraq yaddaşlarda qalıb. 

Həmin vaxt verdiyi müsahibədə "yuxuda bir milyon manat udduğumu görmüşdüm” deyən Kamran yenidən qalib olacağını inamla təkrarlayıb və adını ölkənin ən bəxtəvər lotereya iştirakçısı kimi tarixə yazdırıb.

İnanmaq işin yarısıdır, deyirlər. Cəmi 2 ay kimi qısa müddət sonra Kamranın yuxusu çin olub. O, bu dəfə "Super Keno”da şansını sınayıb və böyük uduş – 100 000 manat qazanaraq milyonçu olmaq arzusuna çatıb.

Bəxtəvər qalib daha sonra verdiyi müsahibədə bu uduşu qazanacağını da bir neçə gün əvvəl yuxusunda gördüyünü deyib. Ondan uğurunun sirri barədə soruşduqda bunu inamla əlaqələndirib. Digər oyunçulara nə tövsiyə edərdin sualına isə cavabında eyni rəqəmlərlə oynamağı məsləhət görüb. Özü də oyun strategiyasının eyni rəqəmlərlə oynamaq olduğunu açıqlayıb. Yeri gəlmişkən, Kamran Məmmədsəidov nə vaxtsa üçüncü dəfə də böyük uduş qazanacağına inandığını gizlətmir. Bunun reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək.

 

530 359 manatlıq cekpot

2023-cü ildə "4+4” tirajlı lotereyasında növbəti cekpot qazanılıb. 530 359 manatlıq cekpot Saatlı sakini 43 yaşlı Sakin Hüseynova qismət olub. Ara-sıra lotereyada bəxtini yoxlayan Sakin bəyə qonaq getdiyi Saatlıda şans üzünə gülüb. Sevincini bölüşən şanslı qalib qazandığı pulla özünə ev və avtomobil alacağını, övladının velosiped arzusunu yerinə yetirəcəyini bildirib. 

2024-cü ildə isə Qazaxda "Meqa 5/36" lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.
Xəyallarınızı reallaşdırmaq üçün elə indi addım ataraq lotereyada şansınızı sınaya bilərsiniz. Bəlkə də, növbəti bəxtəvər qalib sizsiniz. Şansınızı yoxlamaq üçün bundan gözəl səbəb nə ola bilər?

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib