Lotereyalar bu məqsədlə istifadə olunurmuş?!

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?!
İQTİSADİYYAT
12:13 13.01.2025
869
Kiçik bir biletlə reallaşan böyük xəyallar… Lotereya sadəcə oyun olmaqla qalmır, bəzən də insanın arzularını, cəsarətini və hətta taleyini dəyişən vasitəyə çevrilir. Bəs bu oyunun tarixi, keçmişdən bu günə inkişaf yolu və cəmiyyətə təsirləri barədə nələri bilirik?

Lotereya nədir?
 
Niderland mənşəli lotereya sözü 15-ci əsrdən istifadə olunmağa başlayıb. Sözün kökü "lot” -  "şans”, "pay”, "hissə” mənalarında işlənir. İlk vaxtlarda təsadüf və ya taleyi ilə bir şeyə qərar vermək üsuluna istinad etsə də, zamanla şans əsasında mükafat qazanılan kütləvi oyuna çevrilib.
Qədim dünyada lotereya
 
Lotereyanın tarixinə gəlincə, ilkin formaları qədim Roma və Çində tətbiq edilib. İlk lotereya tipli oyunun eramızdan əvvəl 100-cü ildə Çində Xan sülaləsi tərəfindən təşkil edildiyi bilinir. Qədim Çin sivilizasiyasında "Keno” adlanan oxşar oyun formaları köhnə şaolin yazılarında qeyd olunur. Tarixi salnamələrə görə, qədim Romada da Yuli Sezar tərəfindən müxtəlif lotereyalar təşkil edilib. Lotereyalardan əldə edilən vəsaitlər yolların, körpülərin və binaların təmirinə sərf olunub.
 

İlk lotereya oyunu – KENO
 
"Keno” lotereyasının tarixinin qədim Çində, təxminən 2000 il əvvəl qoyulduğu iddia olunur. Əfsanəyə görə, "Keno” ilk dəfə müharibələr zamanı maliyyə dəstəyini təmin etmək üçün yaradılıb. "Ağ göyərçin” (Baige Piao) adı ilə tanınan oyunun gəlirləri Böyük Çin Səddi kimi layihələrdə istifadə edilib.

19-cu əsrdə Çindən ABŞ-a, daha sonra Avropaya yayılan oyunda Çin simvolları rəqəmlərlə əvəz olunub. Hazırda bir çox ölkələrdə populyar olan "Keno”da oyunçular müəyyən sayda rəqəm seçir və bu rəqəmlərin tirajla uyğun olub-olmadığını yoxlayırlar.
 

Avropada ilk lotereya oyunları
 
Avropada lotereya oyunlarının keçirilməsi 15-ci əsrə təsadüf edir. İlk rəsmi lotereya tirajı 1466-cı ilin 24 fevralında Belçikanın Brügge şəhərində baş tutub. Flamand rəssamı Yan Van Eykin ölümünün 25-ci il dönümü ilə bağlı həyat yoldaşı lotereya keçirib. Bu addım imkansız insanlara kömək məqsədilə keçirilsə də, lotereyanın qalibləri müxtəlif pul uduşları qazanıblar.
 
İtaliyanın Florensiya şəhərində isə 1530-cu ildə "De Lotto De Firenze” adlı lotereya keçirilib. Bu lotereyada pul uduşları rəsmi olaraq valyuta ilə ödənilib. Bundan sonra bu lotereya İtaliyanın bütün iri şəhərlərində keçirilməyə başlayıb.
 
1539-cu ildə Fransada Kral I Fransisk bu konsepsiyanı rəsmi olaraq dəstəkləyərək dövlət xəzinəsini doldurmaq üçün lotereya oyunlarını tətbiq edib. 18-ci yüz illikdə Fransada "Lo Giuoco del Lotto D’Italia” adlı lotereya oyunu yayılaraq böyük rəqabət qazanıb. Fransızlar bu oyunu "Le Lotto” adlandırıblar.
 

Amerikaya çatan lotereya
 
Daha sonra loteteya oyunları Avropadan Amerikaya çatıb. Amerika koloniyalarında universitetlərin, kilsələrin və yolların tikintisi lotereyalardan qazanılan gəlir hesabına həyata keçirilib.
 
XIX-XX əsrlərdə isə lotereyalar əyləncə sektorunun bir hissəsi olaraq daha populyar hal alıb. Xüsusilə tirajlı lotereyalar texnoloji tərəqqi və şəffaf nizamlanma mexanizmləri sayəsində məşhurluq qazanıb. Bu oyunlar xüsusən Avropa və Amerikada ictimai rifaha maliyyə dəstəyi kimi vacib rol oynayıb.
 
Azərbaycanda isə tirajlı lotereyaların yaranması sovet dövrünə təsadüf edir. Keçmiş SSRİ-də isə 1921-ci ildən etibarən müxtəlif lotereyaların keçirilməsinə start verilib. O zamanlar "Sportloto” və "Sprint” lotereyaları kütləvi populyarlığı ilə diqqəti çəkib olub. Sovet idarəetməsi altında lotereya oyunları iqtisadiyyata dəstək olmaq, eyni zamanda mədəniyyət və idman sahələrinə maliyyə toplamaq üçün istifadə edilib. 1940-50-ci illərdə ölkə daxilində lotereya qazancı hesabına müdafiə fondlarına dəstək verilib.
 

Azərbaycanda lotereyanın tarixi
 
Lotereya oyunları Azərbaycanda ötən əsrin 90-cı illərindən geniş yayılmağa başlayıb. Bir anda məşhurlaşan "Loto” oyunu həvəskar formatda ailə və dost məclislərinin əsas əyləncəsinə çevrilən bu ənənə indiyədək qorunub saxlanılır. Pul və maşın hədiyyələrinin təqdim olunduğu müxtəlif lotereya oyunları isə əvvəllər özəl şirkətlər tərəfindən təşkil edilsə də, bu çox çəkməyib. 2001-ci ildə ölkə prezidentinin fərmanı ilə Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquq və mənafelərini qorumaq, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılması məqsədi ilə "Azərlotereya” ASC yaradılıb.
 
Azərbaycanda tirajlı lotereya oyunlarına çoxçeşidli mükafat sistemləri və şəffaf idarəetmə mexanizmləri sayəsində hər zaman böyük maraq var. Bu oyunlar bütün dünyada olduğu kimi ölkəmizdə də xeyriyyə fondlarına maliyyə toplamaq üçün əsas vasitə kimi diqqətə layiqdir. Lotereyadan yığılan maliyyə hesabına bir çox sosial infrastruktur layihələri həyata keçirilir.
 
Ölkəmizdə 2002-ci ildə "Ailə sevinci”, "Qismət açarı”, "Yay sevinci”, "Uğurlu rəqəm” və "Binqo+” tirajlı lotereyaları təsis edilib. İllər ərzində çox sayda yeni tirajlı lotereya oyunları təqdim olunub, müxtəlif cekpotlar qazanılıb. Amma Azərbaycan lotereya tarixinin ən böyük cekpotu 2023-cü ildə Xaçmazda udulub. 913 072 manat "4+4” tirajlı lotereyasında qazanılıb. İkinci dəfə də "4+4" tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlıda udulub. 2024-cü ildə isə Qazaxda "Meqa 5/36" lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.

Müasir tirajlı lotereyalar

Hazırda "Meqa 5/36" oyununu "Beşdə 5" lotereyası əvəzləyib. Bu oyunda 36 rəqəm arasından sevdiyin 5 rəqəmi seçərək hər gün 50 000 manat böyük uduş qazanmaq şansı var. Həmçinin "4+4” tirajlı lotereyasında 500 000 manatdan çox cekpot məbləği şanslı qalibini gözləyir.
Yeri gəlmişkən, Azərbaycanda "Keno” oyunun da 2 növü təqdim edilir:  Super Keno və Ekspres Keno. Hər iki oyunda böyük uduşun məbləği 1 000 000 manatdır.
 
Lotereyalar barədə daha ətraflı məlumat üçün https://www.azerlotereya.com/ rəsmi saytına daxil ola bilərsiniz. Kim bilir, bəlkə də, lotereya oyunlarında növbəti qaliblərdən biri də siz oldunuz, necə deyərlər, şansınızı sınamağa dəyər.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib