Ötən ilin sentyabrında Almaniyada lotereyadan 10 milyon lirə qazanan Çiko ləqəbli Kürşat Y.-nin sərvətinin bir hissəsini hədiyyə edəcəyini açıqlamasından sonra böyük həyəcan yaşanır. Uduş 9 fevral tarixində keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, Almaniyanın Dortmund şəhərində yaşayan 42 yaşlı Kürşat Y. lotereyanı udduğu zaman məşhur brendlərin lüks avtomobilləri, geyimləri və aksessuarları alıb.
Lotereyanı qazanana qədər çətin həyat yaşayan Kürşat Y. pis dostluqlar ucbatından narkotik və içki bataqlığına düşdüyünü və çoxlu borclarının olduğunu bildirib.
Məhz belə bir vaxtda lotereya udması ilə həyatı tamamilə dəyişən Kürşat Y. az qala hər gün Almaniya mətbuatına çıxıb.
Lotereyanı qazandıqdan sonra polşalı sevgilisindən ayrılan Kürşat Y. "Arvad axtarıram, istəyənlər müraciət etsin" deyib.
Bu yaxınlarda Malatyada 6 min badam ağacı olan 20 hektar torpaq sahəsi alıb, badam biznesinə girib. O bildirib ki, məqsədi badamın kilosunu 10 avroya satıb ildə yarım milyon avro qazanmaqdır.
Kürşat Y.-nin indiyədək pulundan 2 milyon avro xərclədiyi təxmin edilir.
Daim gündəmdə olan lotereya milyonçusu bir neçə gün əvvəl udduğu pulun bir hissəsini paylayacağını bildirib.
Pulunun 2 milyon avrosunu xərcləyən Kürşat D. indi sərvətinin bir hissəsini üç şanslı şəxsə vermək qərarına gəlib.
Bunun üçün fevralın 9-da saat 23:59-da püşkatma keçiriləcək.
Kürşat Y. bunu belə izah edib: "Üç şanslı adam axtarıram. Hər birinə 5 min, 3500 və 1500 avro verəcəm. Fevralda lotereya oynayacam və bircə şərtim var: bu pulu istəyənlər nə edəcəklərini mənə bildirməlidir”.
Bildirilir ki, indiyədək müraciət edənlərin sayı 20 mini keçib.
Bunu bir neçə nəfəri sevindirmək üçün edəcəyini bildirən Kürşat Y.-nin İnstaqramda izləyicilərinin sayının 800 mini keçdiyi görülüb.
Mikayıl