“Lotu Quli” İstanbulda saxlanıldı

TOP4
23:03 08.10.2018
9545
Türkiyədə yaşayan "qanuni oğru” Nadir Səlifov ("Lotu Quli”) İstanbulda saxlanılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində kriminal aləmin üzvünü yaxalayaraq onu müvəqqəti təcridxanaya gətiriblər.

"Loti Quli" Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. N.Səlifov əsasən rusiyalı iş adamlarından vəsait toplayırmış. Rusiyanın rambler .ru saytında "Türkiyədəki oğru Rusiyadan xərac yığır" başlıqlı xəbərdən sonra İstanbul polisi hərəkətə keçib. "Lotu Quli"nin yaşadığı ünvan müəyyən edilərək evinə polis basqını təşkil olunub. 

Hazırda "Lotu Quli” İstanbul Polis İdarəsində dindirilir.

OXŞAR XƏBƏRLƏR