Ölü doğulan təşkilat - Milli Şura

Ölü doğulan təşkilat -  Milli Şura
SİYASƏT
16:00 23.05.2013
2091

Kim kimdən gizlənir? Son zamanlar gündəmi zəbt edən Milli Şura ideyası müxtəlif formalarda şərh olunur. Belə ki, bəzi politoloqlar bu ideyanın da İctimai Palata kimi uğursuz olacağını, millətə heç bir fayda verməyəcəyini düşünür. Şuranın təsisçilərindən olan tanınmış dramaturq və rejissor Rüstəm Ibrahimbəyov rəhbərlik etdiyi Milli Şura layihəsindən heç cür imtina etməyəcəyini bəyan edib və şuranın cəmiyyətin, millətin həyatında böyük dəyişikliyə yol açacağını deyib. Halbuki, politoloqlar bu şuranın heç bir perspektivi olmadığını, “mehriban düşmənlərin” birliyinə inanmadığını deyir.

“El” hərəkatının Ali Məclis üzvü Eldəniz Quliyev mətbuata açıqlamasında bildirib ki, “Milli Şuranın tərkibi gələn həftə elan olunacaq. Ola bilsin, İsa Qəmbər həmin gün tədbirdə olmasın. Allah göstərməsin o, xəstələnə bilər, başqa işi çıxar, yaxud da xaricdə ola bilər. İstər İsa Qəmbər, istərsə də Rüstəm İbrahimbəyov Milli Şuranın təsis iclasında olmaya bilər. Ancaq bu, heç nəyi dəyişmir. Milli Şuranın nüvəsində Müsavat partiyası və İsa Qəmbər, AXCP və Əli Kərimli, həmçinin Eldar Namazov və “El” hərəkatı dayanır. Bu adamlar 6 aydan yuxarıdır ki, bu işin təşkilatçılığı ilə məşğuldur”. Bəs bu şuranın yaradıcıları özləri açılışda iştirak etməmələri nədən xəbər verir? Öncədən bu cür bəyanatla çıxış etmək, nəyi, kimdən sığortalamaqdır? Bu cür addımlar əslində cəmiyyət içində özlərinin “nüfuzlarını” sığortalamaq kimi qəbul edilir. Belə ki, cəmiyyətdə bu cür fikir tez-tez səslənir ki, təsisçilər də şuranın uğursuz olacağına əmindirlər. “Onlar layihənin uğursuz olmasından ehtiyat edirlər. Əgər layihə uğursuz alınarsa, o zaman müxalifətin birdəfəlik sonu olacaq və onların bütün siyasi perspektivi zərbə altında qalacaq"Əminliklə demək olar ki, bu şura artıq ölü doğulub. Təsisçilərin ilk qurultayda iştirak etməməsi də onu göstərir ki, müxalifət liderləri belə şuraya ciddi yanaşmır. Müxalif partiya gənclərinin bütün günü sosial şəbəkələrdə bir-birlərini qırması, təhqir etməsi də onu göstərir ki, bu adamlar heç vaxt birləşə bilməyəcək. Bütün günü Milli Şura ideyalarından, xalqı "ağ günə çıxarmaqdan" danışan Rüstəm İbrahimbəyov özünə əziyyət verib Bakıya gəlmir. Müsavat başqanı İsa Qəmbər isə deyəsən, "mehriban düşməni" Əli Kərimlini görməmək üçün təsis qurultayına qatılmayacaq. İllərdir vahid namizəd axtarışına çıxan və hələ də tapa bilməyən Müsavat-AXCP cütlüyünün düşmənçiliyi elə Milli Şuranı da yaranmamış dağıdacaq.  Qeyd edək ki, mayın 28-də Azərbaycan Demokratik Respublikasının 95 illiyində Milli Şuranın təsis ediləcəyi gözlənilir.AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna şəhərləri bir gecədə kütləvi dron və raket hücumlarına məruz qalıb
08:54 16.07.2025
Ukrayna şəhərləri bir gecədə kütləvi dron və raket hücumlarına məruz qalıb
Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
08:50 16.07.2025
Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:38 16.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı