Luçeksu: ''Qızıl top'u Pirlo haqq edir''

İDMAN
14:26 02.10.2012
1230

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu axşam səfərdə "Yuventus"un qonağı olacaq "Şaxtyor" (Ukrayna) klubunun baş məşqçisi Mirça Luçesku oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, rumıniyalı mütəxəssis rəqibin heyətində təcrübəlifutbolçu Andrea Pirlonu fərqləndirib:

"Bizim üçün bütün görüşlər çətindir. Rəqibi yaxşı analiz etmişik və bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində Pirlonu fərqləndirərdim. Onu yaxşı tanıyıram. Hələ "Breskia"da çalışarkən Pirlo 15 yaşında idi. O zamanlar belə istedadı ilə diqqət çəkirdi. Hazırda çox yaxşı formadadır. Düşünürəm ki, bu dəfə "Qızıl top"u Pirlo haqq edir".

Qeyd edək ki, "Yuventus" - "Şaxtyor" matçı bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

OXŞAR XƏBƏRLƏR