"Ludoqorets" - "Qarabağ" matçında hesab bərabərləşib

İDMAN
22:48 13.08.2024
216
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab bərabərləşib.

AZXEBER.COM xəbər verir ki, "Ludoqorets Arena"dakı oyunda təmsilçimiz hesaba tarazlıq gətirib - 2:2.

45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

OXŞAR XƏBƏRLƏR