"Lufthansa"ya məxsus təyyarə Bakı aeroportuna təcili eniş etməli olub

"Lufthansa"ya məxsus təyyarə Bakı aeroportuna təcili eniş etməli olub
SOSİAL
10:21 04.01.2023
129
Astana hava limanında güclü duman səbəbindən "Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

AZXEBER.COM hava limanına istinadən xəbər verir ki, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.
OXŞAR XƏBƏRLƏR