Əfsanəvi futbolçu Luiş Fiqu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun Kriştiano Ronaldonu dünya çempionatının pley-off matçlarında ehtiyat oyunçular skamyasında saxlamaq qərarından danışıb.
AZXEBER.COM xəbər verir ki, futbolçu Luiş Fiqu Portuqaliya millisinin baş məşqçisini tənqid edib.
"Sən Kriştiano Ronaldonu ehtiyat oyunçular skamyasında saxlayıb dünya kubokunu qazana bilməzsən. İsveçrəni məğlub etdin? Əla! Amma bunu hər oyunda edə bilərsən? Xeyr. Kriştianonu ehtiyat oyunçular skamyasında buraxmaq səhv idi, bu məğlubiyyətin məsuliyyəti məşqçinin üzərinə düşür”, - Fiqu bildirib.