Lüis Hemilton "Formula 1" üzrə Portuqaliya Qran-prisinin qalibi olub

Lüis Hemilton "Formula 1" üzrə Portuqaliya Qran-prisinin qalibi olub
İDMAN
20:34 02.05.2021
395
Portuqaliyada "Formula 1" qran-prisində "Mersedesin" pilotu Lüis Hemilton çempionatın üçüncü mərhələsində qələbə qazanıb.

AZXEBER.COM xəbər verir ki, yarış Portimanda keçirilib.

İkinci yeri "Red Bull"dan Niderland idmançısı Maks Ferstappen tutub. Finlandiya təmsilçisi Valtteri Bottas üçüncü olub.

Qeyd edək ki, Hemilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi "Formula 1” üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb.
 
///Report.az
OXŞAR XƏBƏRLƏR