Luis Suaresin yeni klubu bəlli oldu

İDMAN
19:54 02.11.2022
390
İngiltərənin "Liverpul" və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Luis Suaresin yeni komandası bəlli olub.

Son olaraq ölkəsində, "Nasyonal"da çıxış edən uruqvaylı hücumçu ABŞ təmsilçisi "Los-Anceles Qalaksi"yə keçəcək.

Qeyd edək ki, Luis Suaresin klubu ilə müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. 35 yaşlı forvard "Nasyonal" ilə Uruqvay çempionatının qalibi olub. O, cari mövsüm bütün turnirlərdə 16 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR