"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç karyerasını daha bir mövsüm Madrid klubunda davam etdirməyi planlaşdırır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı xorvatiyalı futbolçu klubla yeni müqavilə imzalamaq istəyir.
Modriçin əsas hədəfi 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında iştirak etməkdir. O, mundialda oynamaq üçün yüksək səviyyədə çıxışını davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "Real Madrid"in heyətində 34 matçda meydana çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Zəfər Hacılı