Luka Modriçin "Real"da qalacağı dəqiqləşib

İDMAN
19:11 17.07.2024
190
İspaniyanın "Real" (Madrid) klubu Luka Modriçlə müqavilə müddətini uzadıb.

AZXEBER.COM klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu daha bir il "Kral klubu"nun şərəfini qoruyacaq.

Qeyd edək ki, L.Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir. O, bu illər ərzində 4 dəfə İspaniya, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

OXŞAR XƏBƏRLƏR