Belarus Prezidenti Aleksandr Lukaşenko yalnız ölkələrinə hücum olacağı təqdirdə döyüşəcəklərini və ordunun ölkəni tərk etməyəcəyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Lukaşenko Belarusun Belta xəbər agentliyinə açıqlama verərkən deyib.
Belarus ordusunu sərhəddən döyüşə göndərməyəcəklərini söyləyən Lukaşenko bunları deyib:
"Ölkəmizi tərk etmək əmri verilməyib və olmayacaq. Yalnız bizə pis niyyətlə gəlsələr, döyüşəcəyik. Bu qədər".
Qeyd edək ki, bir neçə gün öncə Ukrayna Xarici İşlər Nazirliyi Belarusun təlim adı altında sərhəddə əsgər və texnika topladığını bildirib və sərhəd pozulacağı təqdirdə bütün hərbi hissə və obyektlərinin ordusunun hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.
Digər tərəfdən, Belarus Müdafiə Nazirliyi avqustun 26-da keçirilən təlim üçün Rusiyaya raket və artilleriya birləşmələrinin göndərildiyini bildirib.
Mikayıl