Lukaşenko: "Müsəlmanlara qarşı təcavüz axmaqlıqdır"

Lukaşenko: "Müsəlmanlara qarşı təcavüz axmaqlıqdır"
DÜNYA
11:09 07.07.2023
226
Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdə yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı müsəlmanlara qarşı təcavüz axmaqlıqdır.

İyunun 27-də Fransa polisinin Nanterredə içərisində 3 nəfərin olduğu avtomobilə atəş açması nəticəsində 17 yaşlı yeniyetmənin öldürülməsindən sonra ölkə daxilində baş verən etirazları dəyərləndirən Lukaşenko deyib:

 "Avropada vətəndaş müharibəsi ola bilər, istisna etmirəm. Amma bunun Avropada olmasını istəmirəm. Lakin onlar (avropalılar) münaqişəyə doğru gedirlər. Vəziyyət Fransadan da pis ola bilər. Fransada administrasiya inadkar olmasaydı, baş verənlər çoxdan öz yerini tapacaqdı. Fransada baş verənlərdə administrasiyanın da günahı var”.

Lukaşenko həmçinin İraq əsilli Salvan Momikanın İsveçin paytaxtı Stokholmda Quran yandırmasına da münasibət bildirib:

"Müsəlmanlara qarşı təcavüz axmaqlıqdır. Niyə bunu hakimiyyətin himayəsi altında etmək lazımdır? İsveç hökuməti buna mane ola bilməzdimi?”, - deyə o bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR