Lukaşenko Paşinyanı tənqid edib: "Bu gün qərar verməsəniz, daha pis olacaq"

Lukaşenko Paşinyanı tənqid edib: "Bu gün qərar verməsəniz, daha pis olacaq"
SİYASƏT
22:12 28.10.2022
721
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb.

Dövlət başçısının çıxışından parçaları Prezidentin Mətbuat Xidmətinə yaxın olan "Pul Pervoqo” teleqram kanalı dərc edib.

Aleksandr Lukaşenko hər iki ölkəni dost ölkə adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb.

Dövlət başçısı Azərbaycanı və KTMT üzvü olan Ermənistanı dost ölkələr hesab edir və bəyan edib ki, KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil:

"Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bəli, onlar həqiqətən bir dövlətdə idilər. Amma bundan da çox, biz MDB-nin üzvüyük. Azərbaycan və Ermənistanla birlikdə. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Bu, KTMT-nin digər üzvləri, o cümlədən 30 milyon müsəlmanın olduğu Rusiya Federasiyası üçün xüsusilə həssasdır. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır”.

A.Lukaşenkonun fikrincə, Azərbaycan KTMT-də heç kimə düşmən deyil: "Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdən KTMT-də "Bizimləsiniz, ya yox?” sualını qaldırmaq, digər tərəfdən isə Azərbaycan - olmaz.

O, tərəfləri yekdil fikrə nail olmağa, bu yekdil fikri "baxmadan” dəstəkləyəcəyini vurğulayıb.

Belarus lideri KTMT üzvlərinə "öz mövqelərini müəyyənləşdirməyi” təklif edən Nikol Paşinyanı da tənqid edib:

"Siz tələb etdiniz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edən, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
21:11 07.10.2026
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
21:06 07.10.2026
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
21:00 07.10.2026
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
20:53 07.10.2026
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
20:49 07.10.2026
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
20:44 07.10.2026
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
20:40 07.10.2026
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı