"Belarusun hava hücumundan müdafiə sistemləri Rusiya Silahlı Qüvvələrinin kürəyinə vurula biləcək zərbənin qarşısını almaq üçün hazır vəziyyətinə gətirilib".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O Qərbin təxribatlarına hazır olduqlarını deyib:
"Daha 5 batalyonumuz isə qərb sərhədinə göndərilib. Biz bunu başqa cür edə bilməzdik. Biz daim siyasətdə, iqtisadiyyatda, ya da hərbi sahədə Qərbin təxribatlarını gözləyirik".