Belarus prezidenti Aleksandr Lukaşenko "Şuster Live" teleproqramı ilə çıxışı zaman Viktor Yanukoviçi sərt tənqid edib və ona lazım gələrsə özünü qurban verməyə məsləhət görüb.ANS PRESS-in məlumatına görə, Belarus prezidenti deyib: "Yanukoviçə gəldikdə: mənimçün onun nəyi prezidentdir? Bu da onun sonuncu çıxışı: yoldaşlar, cənablar, mən sağ və salamatam, silahlı qüvvələrin ali baş komandanıyam. Dərhal sual doğur: bəs sənin ordun hardadır?"