Lukaşenko: Yeni hökumətdə baş nazirin müavinləri daha çox çəkiyə malik olacaqlar

Lukaşenko: Yeni hökumətdə baş nazirin müavinləri daha çox çəkiyə malik olacaqlar
DÜNYA
18:47 03.03.2025
202
Belarusun yeni hökumətində baş nazir müavinləri daha çox çəkiyə malik olacaqlar.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Gələcək hökumətin işinin özəlliyini bir daha qeyd etmək istəyirəm. Bu xüsusiyyət ondan ibarətdir ki, baş nazirin müavinləri böyük çəkiyə malik olacaqlar. Hökumətin sədri hökumətin işini təşkil edir, iclasları aparır. Lakin heç bir halda təkbaşına qərar qəbul etmir, hökumət üzvlərinə, xüsusilə də baş nazirin müavinlərinə təsir göstərmir”, - o vurğulayıb.

Qeyd edək ki, A.Lukaşenko hökumətin iqtisadi blokunun yaradılması çərçivəsində kadr təyinatları ilə bağlı qərarlar qəbul edib. Bloka baş nazirin birinci müavini Nikolay Snopkov təyin olunub.
 
///report
OXŞAR XƏBƏRLƏR