Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib

Lukaşenko Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib
DÜNYA
21:26 26.09.2025
129
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.

Bu barədə Lukaşenko "Rossiya 1" telekanalına müsahibəsində deyib.

"Mən onunla sadəcə danışmaq istərdim. Ona deyəcəklərim var. Düşünürəm ki, məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Rusiya ordusu bütün cəbhələrdə böyük məskunlaşma məntəqələrini nəzarətə götürüb, onların qarşısını almaq çətin olacaq", - Lukaşenko söyləyib.

O hesab edir ki, Zelenski dayanmasa, bütün Ukraynanı itirəcək.

"Ukrayna münaqişəsi ilə bağlı yaxşı təkliflər var, ABŞ Prezidenti Donald Tramp da buna şahiddir", - Lukaşenko bildirib.
 
/report
OXŞAR XƏBƏRLƏR