Lukaşenok Putinin zədəsindən danışdı

DÜNYA
09:04 28.11.2012
1171
Rusiya prezidentinin mətbuat katibi onun dediklərinə şərh verməyibBelorus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin zədəsi haqda ətraflı məlumat verib.Putin cü-do məşqi zamanı onurğa sütununu zədələyib.Lukaşenko rusiyalı həmkarına hokkey oynamağı məsləhət gördüyünü bildirib:«Ancaq o, bununla məşğul olmaq istəmədi. O, cü-do-nu sevir. Məşq zamanı rəqibini qaldırıb, onu atarkən onurğasını zədələyib».Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Lukaşenkonun dediklərinə şərh verməyib.Xatırladaq ki, Putinin onurğasındakı ağrılarla bağlı ilk dəfə olaraq, bu ilin oktyabrında «Röyter» məlumat yaymışdı. Agentliyin mənbəsi Rusiya prezidentini onurğa üçün korsetdə gördüyünü, onun cərrahiyyə əməliyyatı olacağı ehtimalın söyləmişdi.Məlumata əsasən, bu səbəbdən də Putinin xarici səfərləri təxirə saldığı iddia edilir.Bir müddət sonra isə «Vedmosti» qəzeti Putinin köhnə zədələrində ağrılarının kəskinləşdiyini yazmışdı.Mətbuat katibi D.Peskov isə bu xəbərləri təkzib edərək, demişdi ki, Rusiya prezidenti adi idman zədəsi alıb və əzələsi dartınıb. Onun sözlərinə görə, bu zədə Putinin fəaliyyətinə və işləməsinə təsir göstərməyib.
//Lent.az

OXŞAR XƏBƏRLƏR