Lüksemburqun baş nazirində təhlükəli virus aşkarlandı

Lüksemburqun baş nazirində təhlükəli virus aşkarlandı
DÜNYA
22:34 27.06.2021
1383
Lüksemburqun baş naziri Ksavye Bettelin koronavirus testinin nəticəsi müsbət olub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə "Luxemburger Wort" nəşri bildirib.

Qeyd edilir ki, hökumət başçısı bununla əlaqədar 10 gün özünü təcridetmə rejimində olacaq, ancaq bu günlər ərzində işləməyə davam edəcək. Məlumata görə, o, xəstəliyi yüngül formada keçirir: Bettelin hərarəti azacıq yüksəlib, o başağrısından əziyyət çəkir.

Bettel mayın əvvəlində "AstraZeneca” vaksininin birinci dozasını qəbul edib. O, ikinci dozanı gələn həftə almağı nəzərdə tuturdu.
OXŞAR XƏBƏRLƏR