Ölümcül xəstəliyə tutulan azərbaycanlı teleaparıcı: ‘Heç olmasa, rahat ölməyə imkan verin’

Ölümcül xəstəliyə tutulan azərbaycanlı teleaparıcı: ‘Heç olmasa, rahat ölməyə imkan verin’
01:42 06.04.2013
7690

Limfaqranulematoz xəstəliyindən əziyyət çəkən teleaparıcı Hacı Nuran Hüseynovun müalicəsindən imtina etməsi haqda xəbər vermişdik.

Teleaparıcının yaxın dostu, aktyor Bəhram Bağırzadənin ictimaiyyətə müraciəti sosial şəbəkələrdə gedən xoşagəlməz müzakirələrə səbəb olmuşdu. Belə ki, bir neçə gün öncə B.Bağırzadə Hacı Nuranın səhhətinin xeyli yaxşılaşdığını bildirmişdi. Söyləmişdi ki, teleaparıcının xəstəliyinə tam qalib gəlməsi üçün Almaniyanın Köln şəhərində əlavə 15 gün reabilitasiya keçməlidir. Bunun üçün isə 47 min avro tələb olunur. Sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən bu məsələdə bir çoxları Hacı Nuranı yalan danışmaqda ittiham edib. Bütün bunlardan sonra teleaparıcı müalicə olunmaqdan imtina etdiyini deyib. Qeyd edək ki, tanınmış teleaparıcı məsələ ilə bağlı yenidən danışıb. Onun müalicəsində maddi zəhməti keçən hər kəsə təşəkkür edənHacı Nuran“Bakıya döndündükdən sonra mənə maddi dəstək olanlara hesabat verəcəyəm” – deyib: “Əgər bu sonra mənim burnumdan gələcəksə, daha belə əziyyətli müalicə almaq istəmirəm. Mənə artıq heç nə lazım deyil, nə pul, heç nə! Heç olmasa, rahat ölməyə imkan verin”. Xatırladaq ki, limfaqranulematoz xəstəliyindən əziyyət çəkən teleaparıcının müalicəsi üçün 100 min avro tələb olunurdu. Bu məbləğin toplanmasına dəstək kampaniyasında ölkənin tanınmış ziyalıları, siyasətçiləri, jurnalistləri, millət vəkilləri, sənət adamları iştirak edib. (gun.az)

OXŞAR XƏBƏRLƏR