Sarışın gözəl Merilin Monronun faciəli ölümünün 50-ci il dönümündə çılpaq fotoları yayımlanıb.
Belə ki, Playboy jurnalı Monronun fotolarını tapmaq üçün 10 milyonluq foto arxivində əməlli başlı axtarış aparıb.
Jurnalın redaktorlarından olan Cimmi Cellinek deyib:
- İlk dəfədir ki, biz onun bütün həyatı boyu bizim üçün çəkdirdiyi fotoların kolleksiyasını yayımlayırıq.
Ölümündən əlli il sonra belə Monro heyrətamiz gözəlliyi ilə diqqətləri cəlb edir. Playboy jurnalının xüsusi buraxılışında Monronun diqqətlə seçilmiş çılpaq fotoları yer alır.
Playboy jurnalı Monro ilə uzun müddət iş birliyi edib. Belə ki, Playboy-un ilk buraxılışında Monro üz qabığında çəkilmişdi. Monronun çılpaq fotoları həmin dövrün öndə gedən fotoqrafları tərəfindən çəkilib. Bəzi fotolar təyyarədə, bəziləri kino meydançalarında, bəziləri yataqda çəkilib. Laurens Şiller tərəfindən çəkilmiş foto isə Monronun ölümündən iki gün qabaq çəkilib və sarışın gözəlin ən son fotosu hesab edilir.
Jurnalın redaktorlarından olan Roger Ebert deyir ki, Monro əslində iki qadından ibarət idi. O həm qlamur aktrisa Merilin Monro, həm də incə, balaca, hüznlü qızcığaz Norma Cin idi.
- Onun daxilində iki insan mübarizə aparırdı, fotolarda da bunu görmək olar. Çılpaq olmaq onun üçün təbii və gözəl olmaq demək idi.
Digər redaktor Kim Morqan isə deyir ki, Monro çox zaman fotolar çəkilərkən işıq effektlərini də özü müəyyən edirmiş.
- Onda vergi və cazibə vardı. O qaranlıq erotik fotolar yarada bilirdi. Bu əsl Monro sənəti idi.
Jurnalın Dekabr sayı artıq indidən ən çox müzakirə edilənlər arasındadır. Monronun şəkilləri olan bu nömrənin rekord sayda satılacağı gözlənilir.
//publika.az