Ölümünə sevgi belə olar - FOTOLAR

DÜNYA
15:05 23.12.2013
3037

İngiltərədə 5 ildir eyni evi paylaşan sevgililərin xoşbəxtliyini xərçəng pozub.

İngiltərə bu ər-arvada ağlayır

Tez-tez mədəsinə sancı girən Feliks ötən ay həkimə gedib və şok olub. Belə ki, həkimlər bağırsaqlarında böyük bir şiş təsbit etdiklərini və əməliyyatla götürülməsinin mümkün olmadığını deyib.

Bir neçə həftə ömür biçilən Feliks, bu vəziyyəti sevgilisi Kolaya gözyaşları içində danışıb. İki yaşında oğlu və dörd aylıq qız övladı olan cütlük sonsuza qədər ayrılmazdan öncə evlənməyə qərar verib. Lakin kürəkənin səhhəti xəstə yatağından qalxmağına imkan verməyib. Sevgililər Feliksin ömrünün son günlərini keçirdiyi xəstəxanada evlənib. Gənc oğlan ailəsinin xərçəngə verdiyi ilk qurban deyil. Keçən il nənəsi və atası, 2007-ci ildə isə bibisi eyni xəstəlikdən həyatını itirib.(publika.az)

OXŞAR XƏBƏRLƏR