İngiltərədə 24 aylıq bir körpə faciəvi şəkildə yanan Terri Kalvesbert məzun olmağa hazırlaşır.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, otağında çıxan yanğın nəticəsində saçlarını, burnunu, ağzını, bütün barmaqlarını və sol ayağını itirən Kalvesbert indi 16 yaşındadır və məzun olmağa hazırlaşır. Yaşama ümidi ilə ailəsini təəccübləndirən gənc haqqında atası belə deyib: “Qızımla qürur duyuram. Onun məktəbə getməyini heç ağlıma gətirməzdim. Amma bu gün qızımın məzun olduğunu görmək məni çox sevindirir”.
Sinif yoldaşlarının, ailəsinin ona hər zaman dəstək olduğunu söyləyən T.Kalvesbert indi ali məktəbə daxil olmaq arzusundadır.Ayşə İsazadə