“Ölümüzü ziyarət edə bilmirik, “lotka” gətirək?” - Video

“Ölümüzü ziyarət edə bilmirik, “lotka” gətirək?” - Video
SOSİAL
22:40 31.03.2026
106
Son günlər paytaxt ərazisinə yağan aramsız yağışlardan sonra Mehdiabad qəbiristanlığının bir hissəsində qəbirlər su altında qalıb.

AZXEBER.COM xəbər verir ki, bu hal qəbirisitanlığa həm dəfn, həm də ziyarət üçün gələn insanların narahatlığına səbəb olub.

"Ayın 8-də atam rəhmətə gedib, dəfn etmişik. Ölümüzü ziyarət edə bilmirik. Gərək kimlərinsə qəbirlərinin üstündən hoppanıb gələk.  

Haradan keçib qəbiri ziyarət edək? "Lotka” gətirək? 3 gündür yalvarıram ki, texnika gətirib bu suyu çəkin”, - deyə sakinlərdən biri qeyd edib.

Mehdiabad Bələdiyyəsindən isə bildirilib ki, problemin həlli üçün artıq işlərə başlanılıb.
Daha ətraflı İTV-nin süjetində:

OXŞAR XƏBƏRLƏR