"Qarabağ”ın 32 yaşlı rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirib.
O, bu barədə Rusiya mətbuatına açıqlama verib.
"Keçmiş komandanızla matç əlavə emosiyalar yaradacaq" sualına Lunyovun cavabı belə olub:
"Əlbəttə olacaq. Onlarla oynayacağımız çox gözəldir. Bu, çox yaxşı komandadır, xüsusən indi. Çalışacağıq ki, qələbə qazanaq və davamını gətirək".
- Bu sizin ən çətin rəqibinizdir?
Bəli, mütləq. Düşünürəm ki, "Bayer” turnirin favoritlərindən biridir. Amma düşünürəm ki, indiki mərhələdə artıq zəif rəqib yoxdur”
Xatırladaq ki, 32 yaşlı qolkiper 2023-cü ilin yayından azad agent kimi keçdiyi "Qarabağ”da çıxış edir. Klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Hazırkı Avropa Liqasında rusiyalı futbolçu səkkiz matçda iştirak edib, bu oyunda 13 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb.
Transfermarkt portalında verilən məlumata görə, Lunevin bazar dəyəri 1 milyon avrodur. Daha əvvəl qapıçı "Zenit”, "Ufa” və "Torpedo” kimi komandalarda çıxış edib.