Lütfi Zadə Rafiq Əliyevin işdən çıxarılması haqda danışdı - Müsahibə

Lütfi Zadə Rafiq Əliyevin işdən çıxarılması haqda danışdı - Müsahibə
MARAQLI
11:23 11.11.2011
2314

Akademik Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən kənarlaşdırılmasına onun yaxın dostu, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadədən münasibət öyrənməyə çalışdıq:

- Bu günlərdə akademik Rafiq Əliyevi vəzifəsindən kənarlaşdırıblar. - Mən bu barədə eşitdim. Amma xəbərin həqiqət olub-olmadığını bilmədim. Tanışlarıma e-mail göndərdim aydınlaşdırım ki, deyilənlər həqiqətdir ya sadəcə hansısa söz-söhbət. - Eşitdikləriniz həqiqətdir. Bu, artıq təsdiqlənib. - Nə baş verib? Mənə izah edə bilərsinizmi niyə belə olub? Mənim üçün Rafiq Əliyev çox görkəmli bir alimdir. Ola bilsin ki, o, «Nobel» mükafatı alacaq. Düşündüm yəqin şayiə olar onun işdən çıxarılması. Deməli, gerçək imiş. İşdən çıxardıblarsa, bəs indi o nə edəcək? - Onu kafedra müdirliyindən kənarlaşdırıblar, amma ADNA-da dərs deyə bilər. Qərarda Rafiq Əliyevin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə, vəzifələrini kobud şəkildə pozması səbəbindən vəzifədən azad edildiyi qeyd olunur. Sizcə, onu məsuliyyətsiz adam hesab etmək olar? - Mən bunu başa düşmürəm. o, həmişə çox məsuliyyətli adam olub. - Rafiq Əliyev tez-tez öz çıxışlarında ölkədə korrupsiya, insan hüquqlarının pozulması hallarından danışır, hakimiyyəti tənqid edir. Belə fikirlər var ki, onu işdən bu cür mövqeyinə görə kənarlaşdırıblar. - Bilmirəm. Buradan mənə çətindir bütün bunların səbəbini anlamaq. Bəli, mən eşitmişəm ki, o, hakimiyyəti tənqid edir. Amma mənim onunla istər telefon söhbətlərimdə, istərsə də hərdən görüşdüyümüz konfranslarda o, heç vaxt hakimiyyəti tənqid etməyib. Ona görə də, bu tənqidin mahiyyətinin nədən ibarət olmasını anlaya bilmirəm. Deyə biləcəyim odur ki, Rafiq Əliyev Azərbaycanda yox, bütün dünyada ən görkəmli alimlərdən biridir. Və o, «Nobel» mükafatı ala bilər. Mən onun hakimiyyəti tənqid etməsindən və sair bu kimi məsələlərdən danışmıram. Mən onun barəsində bir alim kimi danışıram. - Bax, belə bir alimi vəzifəsindən kənarlaşdırmaq Sizcə, nə dərəcədə ədalətlidir? - Mən belə suallara cavab verə bilmərəm. Çünki mən bütün bunlardan çox uzağam. Bu barədə danışa bilmərəm. Mən artıq sizə demiş olduğumu bir də təkrar edirəm. Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Amma o, hakimiyyəti tənqid edir, yaxud etmir, mən bilmirəm... - Yaxşı, tənqidi bir kənara qoyaq. Ümumiyyətlə, Siz dünya səviyyəli bir alimin vəzifəsindən bu cür kənarlaşdırılmasına dünyanın harasındasa rast gəlmisinizmi? - Bilirsiniz, mən deyə bilmərəm dünyada nələr olur. Bütün ölkələrdə müxtəlif hadisələr baş verir. Odur ki, mən sizin sualınıza cavab verə bilmirəm. Təkrar edirəm ki, mən sizin ölkə barədə öz fikrimi söyləyə bilmək üçün çox uzaqdayam. Amma Rafiq Əliyevi özümün yaxın dostum hesab edirəm. Mən onu uzun illərdir tanıyıram. Mən onun işləri ilə 30 ildən artıqdır tanışam. Odur ki, onun işdən çıxarılması xəbəri mənim üçün gözlənilməz oldu. Sadəcə, inana bilmədim. - Siz həmişə Azərbaycan rəhbərliyinin işini pozitiv dəyərləndirmisiniz. Necə düşünürsünüz, bu hakimiyyət belə bir alimin vəzifədən kənarlaşdırılmasına yol verə... - Mənim Azərbaycan rəhbərliyi ilə çox yaxşı münasibətim var. Mənim prezident İlham Əliyevə, Əli Abbasova (rabitə və informasiya texnologiyaları naziri - İ.R) və digərlərinə böyük hörmətim var. Amma mən indi Bakıda baş verənlər barədə fikir söyləyə bilmərəm. - Mən istəyirdim deyəm ki, Siz prezidenti və digərlərini tanıyırsınız. Necə hesab edirsiniz, onlar belə bir alimi hansısa tənqidlərinə, yaxud insan hüquqları, demokratiya barədə düşüncələrinə görə vəzifədən kənarlaşdırmağa qadirdirlərmi? Çünki indi belə iddialar səslənməkdədir. - Mən bu suala cavab verə bilmərəm. Bu artıq mənim işim deyil... AzadlıqRadiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi