Lütfü Savaş hataylılara müraciət etdi: “Torpaqlarınızı satmayın”

Lütfü Savaş hataylılara müraciət etdi: “Torpaqlarınızı satmayın”
DÜNYA
11:28 20.02.2023
176
Kahramanmaraşda baş verən iki zəlzələdə ən çox dağıntıya məruz qalan Hatay Böyükşəhər Bələdiyyə Başçısı Lütfü Savaş şəhəri tərk edən Hataylılara müraciət edib. 

AZXEBER.COM xəbər verir ki, sosial media hesabından video paylaşan Savaş bəzi açıqlamalar verib.

Lütfü Savaş sosial şəbəkədə paylaşdığı videoda şəhəri tərk edən Hataylılara müraciət edib:

"Zəlzələ səbəbiylə Hataydan ayrılan çox dəyərli vətəndaşlarımıza səslənirəm; Biz bir daha görüşəcəyik. Torpağınızı, malınızı satmayın. Həqiqətən biz çox mühüm bir zəlzələni geri qoyduq. Bu zəlzələdə çoxlu vətəndaşımız həlak oldu, çoxlu insanlarımız evlərini itirdi, bir çox insanımız yaralandı. Digər tərəfdən Hatayın ayağa qalxması lazımdır”.

O, Hatayın yenidən qurulacağını da bildirib:

"Qırx əsrlik türk yurdu bizim vətənimiz olaraq qalacaq, bundan sonra da qırx əsrlik türk yurdu türk yurdu olaraq qalacaq. Bunun üçün hər şeyi etməyə başladıq və Hatayı layiq olduğu kimi cəlbedici bir şəhərə çevirəcəyik”.

Ayşən
OXŞAR XƏBƏRLƏR