Löv: "Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır"

Löv: "Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır"
İDMAN
13:05 18.06.2018
8936
Son dünya çempionu Almaniya millisi Rusiyada keçirilən turnirə məğlubiyyətlə başlayıb.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, Meksikaya yenilgidən sonra Bundestimin baş məşqçisi Yoahim Löv bunları deyib:

"Şübhəsiz, bu nəticə bizi məyus edir. Məğlubiyyət bizim üçün adi və normal deyil. Demək olar ki, bütün turnirlərə qələbə ilə başlayırdıq. Bununla barışıb, dərs çıxarmaq lazımdır. İlk yarıda pis oynadıq. Hücum futbolu sərgiləmədik, topu itirdik, boşluqlar verdik. Çox qaçmalı olurduq. Fasilədən sonra meksikalılar dərindən müdafiə olunub, əks-hücumlara üstünlük verdilər. Lakin biz kifayət qədər qol imkanı yaratdıq. Lakin oyunçularımız dəqiq ola bilmədilər. Rəqibin cinahda sürətli futbolçulara malik olduğunu bilirdik. Lakin İrvinq Losanonun qarşısını kəsməkdə çətinlik çəkirdik. Əsas problemimiz də bu oyunçu idi".
OXŞAR XƏBƏRLƏR